VTB (Azərbaycan) AniPay-ə qoşulub
AniPay sürətli ödəniş xidməti VTB (Azərbaycan) müştəriləri üçün əlçatan olduVTB (Azərbaycan) Mərkəzi Bankın təkmilləşdirilmiş sürətli köçürmələr və ödənişlər sistemi olan AniPay-ə qoşulub.
Xidmət QR koddan istifadə etməklə ödənişlər etməyə, o cümlədən digər bankların müştərilərinə pul köçürməyə, kommunal xərcləri ödəməyə və s. imkan verir. Vəsait bir neçə saniyə ərzində alanın hesabına köçürülür.
AniPay fiziki şəxslər, müəssisələr və dövlət qurumları arasında 24/7 rejimində sürətli köçürmələr həyata keçirməyə imkan verir. Bu zaman müştəriyə alan tərəfin tam bank rekvizitlərini doldurmasına ehtiyac yoxdur. Sürətli ödəniş üçün müştərinin mobil telefon nömrəsini, şəxsi FİN kodunu və ya VÖEN-ini daxil etmək olar. Pul köçürmələrini və ödənişləri, həmçinin QR kod vasitəsilə həyata keçirmək mümkündür.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Yeni xidmətin funksionallığı müştərilərə digər istifadəçilərdən öz hesabına vəsait tələb etmək, bank filialına getmədən səhvən köçürülən pulları qaytarmaq, həmçinin eyni vaxtda bir neçə ödəniş etmək imkanı verir.
“VTB (Azərbaycan) müştərilərlə əməkdaşlıq üçün məsafəli xidmətləri aktiv şəkildə inkişaf etdirir. Rahatlıq və yüksək sürətli xidmət bizim üçün prioritetdir. AniPay-in köməyi ilə nağdsız köçürmələr və ödənişlər adi oflayn əməliyyatlar kimi təhlükəsiz olmaqla yanaşı, istifadəçilər üçün daha da asan və əlçatan olacaq. Əminəm ki, ödəniş sistemindən fəal istifadə ölkədə nağdsız ödənişlər mədəniyyətini gücləndirəcək. Biz AniPay-in imkanlarını müştərilərimiz üçün inkişaf etdirməyə davam edəcəyik, onu yeni funksiyalarla tamamlayacağıq”, - VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev şərh edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























