Sulfat turşusu istehsalı müəssisəsi işə salınıb
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 2021-ci il yanvarın 18-də dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan sulfat turşusu istehsalı müəssisəsi Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilib. Müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu məhsulunun istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min tondur. Onun 10 min tonunu daxili bazar, 10 min tonunu isə ixrac üçün planlaşdırılır. Artıq Gürcüstandan “Rustavi azot” müəssisəsi ilə müqavilə bağlanılıb. Qazaxıstandan və Rusiyadan da sulfat turşusu üçün müraciətlər daxil olur. Daxili bazarda da tələbat artmaqdadır.
Qeyd edildi ki, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisənin məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə Gürcüstana və Rusiyaya ixrac olunacaq.
Prezident İlham Əliyev: İşçilərin sayı nə qədərdir?
MMC-nin rəhbəri: 34 nəfər, hamısı Sumqayıt sakinləridir. Onlardan dörd nəfər Vətən müharibəsi iştirakçısıdır, bir nəfər qazimiz var. Hamısı işlə təmin olunub.
Prezident İlham Əliyev: Çox yaxşı.
Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə salıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti















.jpg)







