“AFB Bank” 2022-ci ilin II rübünü 8.6 milyon mənfəətlə - BAŞA VURUB
“AFB Bank” ASC ötən rübdəki uğurlu nəticəsini təkrarlayaraq bu ilin II rübünü də mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC-nin 2022-ci ilin II rübündə xalis mənfəəti 8 milyon 673 min manat təşkil edib.
Cari ilin II rübündə açıqlanan məlumata əsasən bank xalis faiz gəlirləri üzrə 7.2 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 3.2 milyon mənfəət gəlir əldə edib.
Xalis faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 28%, qeyri-faiz gəlirləri isə 24%-ə qədər artmışdır. Bankın kredit portfelindəki artım isə ötən ilin sonu ilə müqayisədə 8% -dir.
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 42% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 36%-dən çoxdur.
Qeyd edək ki, bankın məcmu kapitalı 80 milyon manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























