“Yapı Kredi Bank Azərbaycan” biznes kreditləri portfelini kəskin artırıb
2022-ci ilin yanvar-iyun dövründə “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən müştərilərə verilmiş kreditlər 45 milyon 990 min manat və ya 26,3% artaraq 30 iyun 2022-ci il tarixində 220 milyon 904 min manat təşkil edib.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, cari ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın biznes kreditləri portfeli 42 milyon 622 min manat və ya 36,3% artaraq 159 milyon 878 min manata, ipoteka kreditləri portfeli 2 milyon 717 min manat və ya 15,5% artaraq 20 milyon 224 min manata, istehlak kreditləri portfeli isə 651 min manat və ya 1,6% artaraq 40 milyon 802 min manata yüksəlib.
Xəbər verdiyimiz kimi,“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 361 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 232 min manat, tam 2021-ci ili isə 931 min manat xalis zərər ilə bağlamışdı. Bankın 2022-ci ilin birinci yarısındakı xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























