Bu bank müştərilərə verilmiş kreditləri 140 milyon manata yaxın artırıb
2021-ci ilin sonu ilə müqayisədə “Bank Respublika” ASC-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 138 milyon 307 min manat və ya 19,2% artaraq 30 iyun 2022-ci il tarixində 858 milyon 248 min manat təşkil edib.
Marja xəbər verir ki, Bankın istehlak kreditləri porfeli 60 milyon 162 min manat artaraq 200 milyon 873 min manata, biznes kreditləri portfeli 72 milyon 364 min manat və ya 14% artaraq 589 milyon 312 min manata, ipoteka kreditləri portfeli isə 5 milyon 817 min manat və ya 9,4% artaraq 67 milyon 823 min manata çatıb.
Xəbər verdiyimiz kimi, “Bank Respublika” ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 12 milyon 511 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 7 milyon 554 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Respublika”nın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 4 milyon 957 min manat və ya 65,6% artıb. Xalis mənfəətdəki artımın böyük hissəsi gəlirlərin artmasından qaynaqlanır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























