Bu aqropark hər hektardan 55 ton kartof yığır
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “İnvestel Group” MMC-nin Qazax rayonunun II Şıxlı kəndində yerləşən aqroparkına media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.
Marja-nın məlumatına görə, KİV nümayəndələrinə məlumat verilib ki, “İnvestel Group” MMC Qazax və Abşeron rayonlarında ümumilikdə 1041 hektar təsərrüfat sahəsinə malikdir və əkinçilik, bağçılıq, çeşidləmə, qablaşdırma, logistika sahələri üzrə ixtisaslaşıb.
Qazax rayonunda yerləşən aqroparkın ümumi əkinə yararlı 1030 hektar sahəsində kartof, buğda və arpa əkilib. Aqroparkın Abşeron rayonunda yerləşən təsərrüfatında isə 7,5 hektar intensiv badam bağı salınıb.
2021-ci ildə aqroparkda 14 276 ton kartof, 1 580 ton buğda və 485 ton arpa, cari ilin 6 ayında isə 2152 ton buğda, 581 ton arpa istehsal edilib. Bu il aqroparkın 337 hektarında əmtəəlik kartof əkilib və hazırda kartof yığımı davam edir. Əkin sahələsində orta məhsuldarlıq 45-55 ton kartof təşkil edir.
“Qazax Aqropark”da gündəlik 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti, tutumu 7800 kub m., Abşeronda isə tutumu 14 889 kub m. olan 2 soyuducu anbar kompleksi fəaliyyət göstərir.
İndiyədək 22,6 milyon manat investisiya yatırılmış “İnvestel Group” MMC-də 200 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























