"Nübar məhsulun qiyməti belədirsə, bir müddət sonra qiymət lap aşağı düşəcək"- NARAZILIQ
"Belə qiymət yalnız iş adamları üçün sərfəlidir. Onlar "yoğurmadan, yapmadan hazırca kökə" tapırlar".Cəlilabadda üzüm tez yetişir. Elə ona görə də bu günlər gərgin əməklə hasilə gələn dadlı-ləzzətli süfrə üzümünü yığmaq üçün səhər gün çıxandan batana kimi yüzlərlə adam bağlarda çalışır.
Kimi yetişmiş salxımları dərir, kimi onu çeşidləyici məntəqəyə daşıyır, kimi də məhsulu çeşidləyərək taralara yığır. Hər gün Cəlilabadın üzüm bağlarından on tonlarla üzüm yığılıb bazarlara yola salınır. Yığım isə gündən-günə sürətlənir. İndiyədək 90 hektara yaxın bağdan 1030 tondan çox məhsul yığılmışdır. Orta məhsuldarlıq 120 sentnerdir. Texniki sorta gəldikdə, Cəlilabadda onun yığımına avqustun 15-dən başlanılacaq.
Cəlilabad torpağında xarici ölkələrdən gətirilmiş üzüm sortları daha çox səmərə verir. Bir neçə il əvvəl burada olan fransalı mütəxəssislər öz ölkələri ilə müqayisədə süfrə üzümü sortlarının, o cümlədən "Prima", "Atika", "Kardinal"ın Cəlilabadda daha tez, yəni 4-5 il əvəzinə 3 il ərzində bara düşdüyünü və yay aylarında "vətən"inə nisbətən tez yetişdiyini bildirmişlər. Onlar bunun əsas səbəbini havanın günəşli, torpağın münbit olması ilə əlaqələndirmişlər.
Hazırda rayonda üzüm istehsalı ilə üç müəssisə - "Avanqard", "Şərqi KO LTD" və "Vinyad" MMC-lər məşğul olur. Onlardan yalnız birinin Cəlilabadda emal müəssisəsi var. Bundan başqa, 100-ə yaxın fermer və torpaq mülkiyyətçisi də üzümçülüklə məşğuldur. Ümumilikdə üzüm əməktutumlu sahədir. Payız, qış aylarında belə bağlarda işləmək lazım olur. Məhsul yığılandan sonra isə təmir işləri görülür. Əyilən, yıxılan dirəklər qaldırılır, tənəklərin söykəndiyi cərgəboyu uzanan məftillər ehtiyac olduqda təzələnir. Sonrakı mərhələdə cərgələrin arası yumşaldılır, tənəklər budanır və s.
Amma üzümçülükdə müəyyən problemlər, çətinliklər də var. İstehsalçılar ilk növbədə qiymətdən narazılıq edirlər. İndi nübar üzümün bir kiloqramının qiyməti plantasiyada 40-80 qəpik arasındadır. Ən keyfiyyətli üzüm 80 qəpikdən satılır. Sahibkarlar deyirlər ki, nübar məhsulun qiyməti belədirsə, bir müddət sonra qiymət lap aşağı düşəcək. Belə qiymət yalnız iş adamları üçün sərfəlidir. Onlar "yoğurmadan, yapmadan hazırca kökə" tapırlar. Məlumdur ki, hər şey bahalaşıb. Fermerlər və sahibkarlar deyirlər ki, xəstəliklərə qarşı mübarizə tədbirlərini aparmaq üçün müxtəlif preparatları qanı qiymətinə alırlar. Becərmə xərcləri də ucuz deyil. Texniki üzüm sortlarını satmaq daha çətindir. İstehsalçılar işlərini atıb müştəri axtarırlar.
Bütün bunlar deməyə əsas verir ki, kənd təsərrüfatı sahəsində bəzi məhsulların qiymətində uyğunsuzluq var. Bazar iqtisadiyyatı dediyimiz şəraitdə tələb-təklifin sərhədi bilinmir. Halbuki əkinçi ilin əvvəlində bilməlidir ki, nə qədər məhsul istehsal edəcək və kimə satacaq. Tədarük təşkilatları isə elə etməlidirlər ki, kəndli ziyana düşüb torpaqdan üz döndərməsin.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Seyran CAVADOV,
"Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























