Azərbaycana xarici investisiya təşviqi ilə bağlı strategiya qəbul ediləcək
Azərbaycana birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır.
Bunu açıqlamasında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
"Həmin strategiyanın bu il qəbul edilməsini gözləyirik. Sənəddə investisiya yatırılması gözlənilən sahələr müəyyən edilib. Prezident İlham Əliyev ölkədə irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Bu layihələr çərçivəsində sənaye zonaları, sənaye parkları yaradılıb. Onlar bizə imkan yaradır ki, xarici investorları ölkəyə cəlb edək. Biz investorlara yaxşı şərait təklif edirik", - deyə o, qeyd edib.
Bundan başqa, Y.Abdullayevin sözlərinə görə, AZPROMO ‘‘İnvest in Azerbaijan" saytı üzərində iş aparır: ‘Bu saytda Azərbaycanda investorlar üçün yaradılan şərait, tətbiq edilən imtiyazlar barədə məlumatlar yer alacaq, cari layihələr barədə məlumatlar veriləcək. Kənd təsərrüfatı sahəsi bizim üçün prioritetdir. Həmçinin, enerji, logistika, nəqliyyat, sənayenin şaxələndirilməsi bizim üçün çox önəmlidir. Bu sayt investorlar üçün faydalı olacaq‘‘.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
18 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























