Tesla Çində zavod açmağı planlaşdırır
ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın Çində zavod açmağı planlaşdırdığı bildirilib.
"Marja" xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərdə, Tesla-nın Çində Şanxay bələdiyyəsilə danışıqlara başladığı və 2018-ci ilin sonuna qədər ən azı 500 min elektrikli avtomobil istehsal etməyi hədəflədiyi qeyd edilib.
Mütəxəssislər, Tesla-nın ABŞ-da istehsal edib Çinə ixrac etdiyi elektrik avtomobillər üçün 25 faiz gömrük rüsumu ödədiyinə diqqət çəkiblər. Şirkət Çin avtomobil bazarındakı payını artırmağı hədəfləyir.
Xəbərlərin ardından, Teslanın Nyu-York Birjasında dövriyyədə olan bir səhminin dəyəri 2,3 faiz artımla 385 dollara qədər yüksəlib. Şirkətin bazar qiyməti də təxminən 64 milyard dollara çatıb.
Tesla, iki həftə əvvəl Almaniyanın avtomobil şirkəti BMW-ni geridə qoyaraq dünyanın ən dəyərli 4-üncü avtomobil şirkəti olmağı bacarmış, aprel ayında da ABŞ-ın General Motors şirkətini keçərək ABŞ-da bazar dəyəri ən yüksək avtomobil şirkəti olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 d. əvvəl
- 12 d. əvvəl
-
- 17 d. əvvəl
-
29 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
35 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
59 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
2 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Rabitəbank”da yeni təyinatlar
Qızılın unsiyasının qiyməti 4800 dollar səviyyələrinə düşüb
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Ən çox oxunanlar
Yaponiya faiz dərəcələrini sabit saxladı
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı






















