Yumurtanın qiymətinə dair AÇIQLAMA
Son günlər ölkədə ymurtanın qiymətinin artması ilə bağlı çoxsaylı məlumatlar yayılır. Bəzi mənbələr yumurtanın 22-23 qəpiyədək bahalaşdığını iddia edir.
Bununla bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına (APEPEA) ünvanlanan çoxsaylı sualları nəzərə alaraq bildirir ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu yuxarıda qeyd olunan qiymətə satılmır.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli bu məsələ ilə bağlı aşağıdakıları qeyd edir: “Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, qlobal bazarda yumurta istehsalında əsas komponent olan yem və yem əlavələrinin qiyməti fevral ayından bəri orta hesabla 30-40 faiz bahalaşıb, 1 yumurtanın maya dəyəri 16-17 qəpiyə yüksəlib, Assosiasiyaya daxil olan yumurta istehsalçılarından heç biri qiyməti artırmayıb. Bunun da əsas səbəbi bu olub ki, ölkədə tələbatdan xeyli artıq yumurta istehsal edilir və qiymətləri bazar tənzimləyir. Son aylarda yumurta istehsalçıları, xüsusilə orta və kiçik istehsalçılar böyük zərərlə üzləşdilər. Əvvəlcədən yem ehtiyatlarını təmin edə bilən iri istehsalçılarda zərər daha az oldu, onlardan bəziləri xaricə ixracı da yoluna qoydular. Kiçik və orta müəssisələrin bir çoxu zərərdən yayınmaq üçün ana sürülərini sayını azaltdılar. Buna görə də istehsal azaldı və avqustun ortalarından tələbatın artması ilə qiymətlər topdandansatışda 14-15 qəpiyə yüksəldi. Yəni bu gün yumurtanın fabrikdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Hazırda əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir ki, bu də keçən ilin eyni dövründəki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalını 44 qəpiyə, buğdanı 40 qəpiyə alırdı, yumurtanın bir qutusu(360 dənəsi) 58 manata satılırdı. İndi qarğıdalını 84-85 qəpiyə, buğdanı 65 qəpiyə, günəbaxan yağını 3,5 manata, dikalsinin birini əvvəl 1.2 manata, indi 3,5 manata alırlar. Bunun qarşılığında topdansatış qiyməti bir qutu üçün 54 manatdır. Yəni faktiki olaraq, hazırda yumurtanın qiyməti ötən ilkindən aşağıdır. Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur”.
APEPEA sədri bildirir ki, hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir: “Cənab Prezidentin fərmanı ilə quş əti istehsalında mühüm payı olan məhsulların idxalının ƏDV-dən azad olunması nəticəsində bu gün ölkəmizdə quş ətinin bahalaşması deyil, əksinə, ucuzlaşmasını müşahidə edirik. Hesablamalarımıza görə, bu proses bir qədər də davam edəcək. Cənab Prezident İlham Əliyevin ölkədə sahibkarlığın, yerli istehsalın inkişafına verdiyi yüksək dəyər, atdığı addımlar Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradıb. Biz əminik ki, bu vəziyyət dəyişməz qalacaq”.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
14 d. əvvəl
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
-
23 d. əvvəl
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
- 50 d. əvvəl
-
59 d. əvvəl
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
-
1 saat əvvəl
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
-
1 saat əvvəl
İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır
-
1 saat əvvəl
Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
-
2 saat əvvəl
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
Ən çox oxunanlar
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb
Rabitəbankdan 33 illiyinə özəl "30+3" Lombard kampaniyası
Azərbaycan neftinin son qiyməti

























