Apple Hindistanda iPhone 14 istehsalına başlamağı planlaşdırır
Şirkət uzun müddətdir iPhone-larının əksəriyyətini Çində istehsal edib, lakin indi alternativlər axtarır.ABŞ-ın Apple şirkəti Hindistanda iPhone 14 smartfonunun istehsalına başlamağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg məlumat yayıb.
Xəbərə görə, şirkət nümayəndələri Hindistanda yeni iPhone modelinin istehsalı üçün təchizatçılarla danışıqlar aparırlar.
Apple uzun müddətdir ki, iPhone-larının əksəriyyətini Çində istehsal edir, lakin indi alternativlər axtarır. Bu, ABŞ və Çin hökumətləri arasında münasibətlərin mürəkkəbləşməsi, eləcə də Çində “iqtisadi fəaliyyətin pisləşməsi” risklərinin artması ilə əlaqədardır.
"TF International Securities"in aparıcı analitikinin fikrincə, yeni smartfon modelinin Hindistan və Çindən eyni vaxtda tədarükü Apple-a “təchizat zəncirlərini şaxələndirməyə və ehtiyat imkanlar yaratmağa” imkan verəcək.
Avqustun 17-də Bloomberg agentliyi yeni iPhone 14 smartfonlarının təqdimatının sentyabrın 7-də keçiriləcəyini bildirmişdi. Satışların başlaması sentyabrın 16-da nəzərdə tutulub.
1976-cı ildə qurulan Apple iPhone, iPad, iMac, MacBook və digər yüksək texnologiyalı məhsullar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 25 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















