Benzin və dizelin qiyməti bahalaşacaq?
"Dövlət hesab edir ki, hər litr yanacağın satışından əldə olunan gəlirin həcmi onu satan üçün çoxdur və ona görə də dövlətə çatan gəlir hissəsini, yəni aksiz dərəcəsini 0.5% artırır"Xəbər verdiyimiz kimi, u gün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının aksiz dərəcəsi artırılıb.
Qərarda qeyd olunub ki, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 26 iyul 2022-ci il tarixli qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə “Aİ-92” markalı avtomobil benzini üzrə aksiz dərəcəsi 42 %-dən 42,5 %-ə, dizel yanacağı üzrə aksiz dərəcəsi isə 18 %-dən 18,3 %-ə çatdırılıb.
Bu qərarın açıqlanmasından sonra sosial şəbəkələrdə Azərbaycanda yanacağın qiymətinin artırılacağına dair geniş müzakirələr başlayıb. Bəzi istifadəçilər yaxın vaxtlarda yanacaqdoldurma məntəqələrində qiymətlərin dəyişəcəyini bildiriblər. Digər istifadəçilər isə Nazirlər Kabinetinin bugünkü qərarının Tarif Şurasının yanacaq qiymətlərini artırmaq üçün əsas verdiyini qeyd ediblər.
Bəs məsələnin əsl məğzi nədən ibarətdir? Aksiz dərəcələrinin artırılması Azərbaycanda yanacağın qiymətinin qalxmasına səbəb olacaqmı? “Qafqazinfo” məsələ ilə bağlı Neft-qaz araşdırmaları mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib.
Ekspert vurğulayıb ki, Nazirlər Kabinetinin bugünkü qərarı yanacağın pərakəndə satış qiymətinin artırılacağına dəlalət etmir: “Azərbaycanda yanacağın satış qiymətinin artırılması birbaşa olaraq Tarif Şurasının səlahiyyətindədir. Çünki daxili bazarda yanacağın satış qiyməti dövlət tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin bu gün verdiyi qərara görə isə yanacaqdan dövlət büdcəsinə gələn gəlirin strukturu dəyişir. Aksiz vergisi dövlətə çatan hissədir. Yəni birbaşa dövlət büdcəsinə gedən vəsaitdir. Dövlət hesab edir ki, hər litr yanacağın satışından əldə olunan gəlirin həcmi onu satan üçün çoxdur və ona görə də dövlətə çatan gəlir hissəsini, yəni aksiz dərəcəsini 0.5% artırır”.
İlham Şaban qeyd edib ki, indiyə qədər Azərbaycanda yanacaqsatan strukturlara nə qədər gəlir payı düşdüyü bilinmir: “Tutaq ki, yanacaq satışından bir manat əldə olunub. Bu məbləğ necə bölünür? Bu bir manatın neçə faizi topdansatış məntəqəsinindir? Neçə faizi pərakəndə satan təşkilatın, dövlət və özəl qurumlarının qazancıdır? Neçə faizi dövlətə verilən vergidir? Axı dövlətə iki növ vergi verilir. Birinci vergi aksiz dərəcəsinə görə verilən, digəri isə qazanılan mənfəətdən əldə olunan vergidir. Normal ölkələrdə bu dediyim faizlər diaqramlar şəkildə müntəzəm olaraq hökumətin parlamentə hesabatı zamanı dərc olunur. Bu, gizlin bir şey deyil. Lakin bizdə belə bir təcrübə yoxdur”.
Ekspert vurğulayıb ki, Nazirlər Kabinetinin bu gün verdiyi qərarla dövlətin yanacaqdan əldə etdiyi qazanc artacaq.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
2 d. əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
5 d. əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 36 d. əvvəl
- 42 d. əvvəl
- 54 d. əvvəl
-
59 d. əvvəl
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
-
1 saat əvvəl
İlk milli ictimai nəqliyyat ödəniş həlli olan CityCard qlobal sazişə imza atır.
-
1 saat əvvəl
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
-
1 saat əvvəl
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
Ən çox oxunanlar
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb






.jpg)









.jpg)






