Azərbaycan şirkəti Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!
Bundan sonra Azercell Telefon Mərkəzinə zəng edən abunəçiləri Aİcell adlı Virtual Assistent salamlayacaqAzercell ölkənin telekom bazarında ilk Telefon Mərkəzi Virtual Assistent xidmətini- Aİcell-i təqdim edir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bu texnoloji yenilik Süni İntellekt əsasında çalışır və abunəçilərimizin müştəri təcrübəsini zənginləşdirmək üçün tərtib olunub.
Xidmətin pilot mərhələsində Azercell Telefon Mərkəzinə zəng edən abunəçilərimizi Aİcell adlı Virtual Assistent salamlayacaq və müştərinin sual və istəyini öyrənərək zəngi operatora yönləndirəcək. Azercell tədricən Virtual Assistentin ünsiyyət funksiyalarını və xidmət imkanlarını genişləndirərək, abunəçi istəklərini daha fərdiləşdirilmiş şəkildə həll etmək üçün şərait yaradacaq.
Qeyd edilib ki, səs emalı botları telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunur. Layihənin ən vacib və maraqlı aspektlərindən biri isə Virtual Assistentin Azərbaycan dilində tam spektrli xidmət göstərməsidir ki, bu isə öz növbəsində müştərilərə yeni təcrübə imkanları yaradacaq.
“Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə əsaslanaraq ölkədə innovativ həllər və rəqəmsal xidmətlərin tətbiqini davam etmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 15 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















