Gələn ilin dövlət büdcəsinin yarıdan çox neft sektoru üzrə daxilolmalar hesabına formalaşacaq
2023-cü ildə dövlət büdcəsinin 53%-nin neft sektoru üzrə daxilolmalar hesabına formalaşacağı proqnozlaşdırılır.
Marja xəbər verir ki, bu, 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.
Gələn ilin dövlət büdcəsinin 47%-i isə qeyri-neft sektoru üzrə daxilolmalar hesabına yaranacaqdır.
Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsinin 53.2%-nin neft sektoru üzrə daxilolmalar, 46.8%-nin isə qeyri-neft sektoru üzrə daxilolmalar hesabına formalaşacağı nəzərdə tutulur.
Xəbər verdiyimiz kimi, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 milyard 522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır. 2023-cü ildə dövlət büdcəsinin kəsiri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 526,7 milyon manat və ya 17 faiz az olmaqla 2 milyard 579,3 milyon manat nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























