“İlkin büdcə göstəricilərinə sonrakı mərhələlərdə dəyişikliklərin edilməsi mümkündür”
“Ötən gün açıqlanan “Azərbaycan Respublikasının “2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” sənədindəki göstəricilər icmal və dövlət büdcəsi layihələri üzrə Maliyyə Nazirliyinin hazırladığı ilkin parametrlərdir”.
Bunu Marja-ya Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
Onun sözlərinə görə, büdcə prosesi çərçivəsində Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunvericiliyinə əsasən icmal və dövlət büdcəsinin layihələri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
“Nazirlər Kabineti öz növbəsində həmin layihələrə baxaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihələrə baxıldıqdan sonra onlar Milli Məclisə təqdim edilir və həmin sadalanan hər bir baxış mərhələsində icmal və dövlət büdcəsi layihələrinə dəyişikliklərin edilməsi mümkündür”, - o qeyd edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















