ABB ilə dünya çempionatına get!
(®) ABB Visa beynəlxalq ödəniş sistemi ilə birgə maraqlı müsabiqəyə start verib.
Müsabiqə bu il Qətərdə keçiriləcək “FİFA Dünya Kuboku – Qətər-2022” - futbol üzrə dünya çempionatında iştirak üçün səyahət paketi və digər hədiyyələr qazandırır.
Müsabiqə 01 - 30 oktyabr 2022-ci il tarixlərində davam edəcək və 3 mərhələdən ibarət olacaq.
Şərtlərə görə, ilk 2 mərhələdə ABB-nin Visa kartları ilə və NFC sistemi vasitəsilə (mobil telefonla ödəmələr, ApplePay, GooglePay və s.) ən azı 50 manatlıq təmassız ödəniş etmiş hər müştəri müsabiqə iştirakçısı sayılacaq. Qaliblər əməliyyat saylarının nəticələrinə görə müəyyən olunacaq. Birinci və ikinci mərhələnin hər birinin 50 qalibi (ümumilikdə 100 qalib) olacaq. Onlara bu hədiyyələr veriləcək:
1-ci yer – 100 000 mil balansı olan ABB Miles kartı
2-10-cu yerlər – 30 000 mil balansı olan ABB Miles kartı
11-50-ci yerlər – balansında 200 manat olan TamKart
Birinci mərhələnin qalibləri ikinci mərhələdə iştirak etməyəcək. Finalın qalibi isə bütün iştirakçılar arasından seçiləcək. Belə ki, sonda bütün kampaniya ərzində müsabiqə şərtlərinə uyğun ən çox sayda ödəniş etmiş müştəri müəyyənləşəcək. Ona bu il Qətərdə keçiriləcək “FİFA Dünya Kuboku – Qətər-2022” - futbol üzrə dünya çempionatında tam iştirak paketi hədiyyə ediləcək. Bura gediş-dönüş aviabileti, tranzit xidməti, beşulduzlu hoteldə 5 gün qalmaq, qidalanmaq, final oyunlarına stadionun SkyBox bölməsində baxmaq daxildir.
Müsabiqənin şərtlərinə görə, hər iştirakçı eyni ticarət və xidmət məkanında maksimum 3 dəfə ödəniş apara bilər. Müsabiqədən yalnız saytda qeydiyyatdan keçmiş iştirakçılar faydalana biləcəklər. Saytda qeydiyyat imkanı 01 oktyabra qədər aktiv olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
9 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
9 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























