Bakıda “Avropada təhsil” sərgisi keçiriləcək - İŞTİRAK PULSUZDUR, QEYDİYYAT BAŞLAYIB
Avropada ali təhsil imkanlarını Bakıda kəşf edin!Avropa İttifaqının maliyyələşdirdiyi “Study in Europe: Enhancing the attractiveness of European Higher Education” layihəsi çərçivəsində 2 oktyabrda Bakıda, Hilton hoteldə “Avropada təhsil” sərgisi təşkil olunacaq.
Tədbirin açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Peter Mixalko, Fransanın Azərbaycandakı səfiri Zakari Gros, Avropa İttifaqına üzv olan digər ölkələrin səfirliklərinin, eləcə də Azərbaycan Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak edəcəklər.
Sərginin məqsədi Avropada ali təhsil almaq istəyən azərbaycanlı gəncləri Avropada ali təhsil imkanları barədə məlumatlandırmaq, universitetlər və tələbə mobilliyi ilə məşğul olan milli təhsil agentlikləri ilə birbaşa görüşdürməkdir. Tədbirdə 10 ölkədən 20-dən çox ali təhsil müəssisəsi, dövlət agentliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi iştirak edəcək. Gənclərə Avropa ali təhsil sistemləri, universitetlər, təhsil və tədqiqat proqramları, təqaüdlər barədə ətraflı məlumat veriləcək, sualları ətraflı şəkildə cavablandırılacaq.
Sərgidə iştirak edəcək ölkələr: Almaniya, Belçika, Çex Respublikası, Estoniya, Fransa, İspaniya, İsveç, İtaliya, Macarıstan və Portuqaliya.
“Avropada təhsil” sərgisi müddətində hər bir ölkə ali təhsil sistemini, təhsil və təqaüd imkanlarını təqdim edəcək. Həmçinin Erasmus+ proqramının da ayrıca təqdimatla çıxışı olacaq.
Tədbir təşkilatçıları tələbələri, gənc tədqiqatçıları, universitet nümayəndələrini, orta məktəb şagirdlərini və onların valideynlərini, Avropada təhsil almaq istəyən hər kəsi 2 Oktyabrda saat 10:00-dan etibarən Hilton hoteldə olacaq “Avropada təhsil” sərgisinə qoşulmağa etməyə dəvət edir. İştirak üçün qeydiyyatdan keçmək mütləqdir (https://studyineuropefairs.eu/exhibitions/register/23/).
İştirak pulsuzdur.
Daha detallı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
Sayt: https://www.studyineuropefairs.eu/exhibitions/detail/23/
FB: https://www.facebook.com/StudyInEurope.Welcome
Instagram: https://www.instagram.com/studyineurope.welcome
Tədbirin FB səhifəsi: https://fb.me/e/1Np8wWKbM
Qeydiyyat üçün link: https://studyineuropefairs.eu/exhibitions/register/23/
Tədbir Avropa İttifaqı adından Avropa Komissiyasının Təhsil, Mədəniyyət, Gənclər və İdman Baş Direktorluğu tərəfindən maliyyələşdirilən “Avropada təhsil” layihəsi çərçivəsində təşkil olunur. “Avropada təhsil” layihəsi Campus France (Fransa), DAAD (Almaniya), Nuffic (Hollandiya), Estoniya Təhsil və Gənclər Şurası (Harno, Estoniya) və Akademik Əməkdaşlıq Assosiasiyasından (ACA, Belçika) ibarət konsorsium tərəfindən həyata keçirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 58 d. sonra
-
- 30 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb


















