İnvestisiya cəlb etmək istəyən startap 1 il Mərkəzi Bankın nəzarətində olacaq
Azərbaycan Mərkəzi Bankı startapların fəaliyyətini tənzimləmək üçün xüsusi tənzimləmə rejimi yaradır və bu bizneslərin bir illik fəaliyyətinə nəzarət edəcək.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov deyib.
“Qanunvericilik paketinin tərkibində xüsusi tənzimləmə rejimi olan “Sandbox”un yaradılması nəzərdə tutulub. Bu o deməkdir ki, hər hansı bir startap maliyyə bazarlarına girməyi hədəfləyibsə, o gəlib tənzimlənmə rejimindən keçəcək. Mərkəzi Bank onları dəstəkləyəcək", - F. Osmanov bildirib.
Onun sözlərinə görə, AMB 12 ay müddətində onlara dəstək göstərəcək: "Həmin startaplar müvafiq qanunvericilik çərçivəsində, hər hansı limitlər, istifadəçi sayı, əməliyyat sayı və s. çərçivədə 1 il ərzində öz fəaliyyətlərini göstərəcək. Bu müddətdə müəyyən sınaqlar, testlər ediləcək. Requlyator da bu prosesə baxacaq və müəyyən düzəlişlər edəcək. Ondan sonra isə test mərhələlərini uğurla keçdiyi təqdirdə artıq maliyyə bazarlarına daxil ola biləcək”.
Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. “Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
©️ Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























