Ağ Evdən OPEC plusun neft qərarına sərt reaksiya
ABŞ ehtiyatlarından bazara daha çox neft çıxaracaq, hasilatını artıracaq.Ağ Ev ABŞ prezidenti Co Bayden, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun noyabr ayından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına qəzəblənib.
Marja xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik müşaviri Jake Sullivan və Milli İqtisadiyyat Şurasının direktoru Brian Deese birgə yazılı açıqlamada, "Ağ Ev və ABŞ prezidenti Co Bayden, qlobal iqtisadiyyat Putinin Ukraynaya hücumunun mənfi təsirləri ilə mübarizə apararkən, OPEC+ qrupunun hasilatı azaltmaq barədə yersiz qərarından məyus oldu", - bildirilir.
Açıqlamada, sözügedən qərarın enerji qiymətlərinin artması səbəbindən onsuz da çətinlik yaşayan aşağı və orta gəlirli ölkələrə mənfi təsir göstərəcəyi qeyd edilib.
Açıqlamada ABŞ-ın ölkədə artan benzin qiymətlərini aşağı salmaq üçün əlindən gələni etdiyini vurğulanaraq, “Prezident Baydenin göstərişi ilə Energetika Nazirliyi Strateji Neft Ehtiyatından bazara gələn ay daha 10 milyon barel neft çıxaracaq", - məlumatı verilib.
Baydenin Amerika xalqını qorumaq və enerji təhlükəsizliyini artırmaq üçün neftin strateji ehtiyatlardan bazara çıxarılması əmrini davam etdirəcəyinə diqqət çəkərək, Energetika Nazirliyinə yerli neft hasilatını artırmaq üçün başqa yollar axtarmağı da tapşırdığı bildirilib.
"Həmçinin Prezident Bayden topdan və pərakəndə neft satışı arasındakı tarixi uçurumu aradan qaldırmaq üçün Amerika enerji şirkətlərini neft qiymətlərini aşağı salmağa dəvət edir", - açıqlamada bildirilir.
Açıqlamada, OPEC+ qrupunun bugünkü qərarından sonra Bayden administrasiyasının Konqres ilə OPEC-in enerji qiymətlərinə təsirinin azaldılması məsələsini müzakirə edəcəyi bildirilib.
OPEC+ qrupunun neft qərarı
OPEC+ qrupunun energetika və neft nazirləri dünən Vyanada keçirilən iclasda noyabr ayından gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəliblər. Qlobal neft təklifinin bu səviyyədə azalmasının bazarda qıtlığı artıracağı bildirilir.
Mütəxəssislər bildirirlər ki, Çində Covid-19 nəzarət altına alındıqdan və tələbat bərpa olunduqca bazarda qıtlıq daha da pisləşə bilər.
ABŞ-ın strateji ehtiyatında xam neft 1984-cü ildən bəri ən aşağı səviyyədədir
Mart ayında ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarından 6 ay ərzində gündə 1 milyon barel, ümumilikdə 180 milyon bareldən çox neftin buraxılmasına icazə verib.
Ağ Ev iyulun sonunda elan edib ki, ölkə daxilində benzin qiymətlərinin aşağı düşməsinə kömək etmək üçün strateji neft ehtiyatından əlavə 20 milyon barel neft satacaq.
ABŞ administrasiyası sentyabr ayında strateji neft ehtiyatından 10 milyon barrelə qədər neft satacağını açıqlamışdı.
Bu satışlar ilə ABŞ-ın strateji ehtiyatında olan xam neftin nisbəti 1984-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




