Twitter-in Maska qarşı məhkəmə iddiası dayandırılıb
Twitter-in, Tesla şirkətinin rəhbəri İlon Maska qarşı satınalma müqaviləsindən imtina etdiyi üçün qaldırdığı iddiası dayandırılıb.Twitter-in Tesla və SpaceX şirkətlərinin Baş direktoru İlon Maska qarşı iddiasını icra edən hakim, 44 milyard dollarlıq satınalma müqaviləsinin oktyabrın 28-dək tamamlana bilməsi üçün işi dayandırmağa qərar verib.
Marja xarici mətbuata istinadən xəbər verir ki, satınalma bu tarixə qədər tamamlanmazsa, noyabr ayında yeni bir məhkəmə tarixi müəyyən olunacaq.
İşin dayandırılmasını tələb edən Mask, cümə axşamı məhkəmədə bankların sövdələşməni maliyyələşdirməyə çalışdığını, lakin ona daha çox vaxt lazım olduğunu söyləyib.
Satmaqdan imtina etdiyi üçün məhkəməyə verilib
İyulun 8-də Elon Musk bir çox müddəaların pozulduğunu əsas gətirərək Twitter-i almaq müqaviləsini ləğv etdiyini açıqlayıb. Maskın vəkilləri verdiyi açıqlamada, Twitter-in platformadakı saxta və ya spam hesabları ilə bağlı bir çox məlumat sorğusuna cavab vermədiyini və ya cavab verməkdən imtina etdiyini bildiriblər ki, bu da şirkətin biznes fəaliyyəti üçün vacibdir.
Twitter isə sövdələşməni ləğv etdiyi üçün Maskı məhkəməyə verib və məhkəmə iclasının oktyabrın 17-də keçiriləcəyi gözlənilirdi.
Mask, Twitter-ə 44 milyard dollarlıq alış sövdələşməsini tamamlamaq üçün ilkin qiymət ilə yenidən təklif göndərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)







