687 milyon aktiv, 514 milyon depozit və 105 milyon manat kapital - Rabitəbank 24 il
Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan Rabitəbank ASC 30 iyun tarixində 24 illiyini qeyd edir. 1993-cü ildə əsası qoyulmuş Bankın müştəriləri istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlar, həmçinin ölkə əhalisidir.
Rabitəbank 24 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkənin bank sektorunda öz layiqli yerini tutmuşdur. Hazırda Bank ölkə ərazisində fəaliyyət göstərən 22 filial və 1 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunu əhatə edir.
24 il ərzində Rabitəbank 687 milyon manat aktiv, 514 milyon depozit və 105 milyon manat məcmu kapitalı olan banka cevrilmişdir. Rabitəbank-da 118 min-dən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştərilərə xidmət olunur, həmçinin bankda 600 nəfərə yaxın təcrübəli və ixtisaslı peşəkarlar çalışır.
Rabitəbank ASC-nin biznes modelinin əsasında yerli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə alan beynəlxalq təcrübə durur. Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı Rabitəbankın beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. 1997-ci ildən Beynəlxalq Maliyyə Korporasiya (İFC) ilə başlayan əməkdaşlıq hazırda həmçinin İslam İnkişaf Bankı (ICD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə davam etdirilir. İnkişaf maliyyə fondları ilə yanaşı, Rabitəbank əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq Standard & Poor’s reytinq şirkəti tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən Rabitəbank Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilmişdir.
Bankda geniş təcrübəyə malik menecment komandası çalışır. İstənilən təşkilatın uğurlu gələcəyinin təməlini - peşəkar, savadlı kadrların mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması təşkil edir. Bunu nəzərə alan Rabitəbank hər zaman işçi heyəti üçün təlim və treyninqlər, kvalifikasiyanın artırılması üzrə müxtəlif proqramlar təşkil edir. Menecment komandası tərəfindən aparılan düzgün idarəetmə strategiyasının nəticəsi olaraq fəaliyyət dövrü ərzində hazırda bank sektorunda yaşanan cətinliklərə baxmayaraq bank üçün uğurlu keçmişdir. Bu dövr ərzində bank ölkədə fəaliyyət göstərən banklar arasında 10 ən böyük bankdan biri olmağı bacarmışdır.
Bankın səhmdarları bankın inkişafını dəstəkləməyə davam edərək 31 may 2017-ci il tarixində bankın səhmdar kapitalını 40 milyon manat artıraraq bankın məcmu kapitalını 105 milyon manata çatdırıblar.
Kecmiş dövrün nailiyyətlərindən biri Rabitəbank ASC “MasterCard” tərəfindən debit MasterCard kartlarının sayını nisbət olaraq ən çox artıran bank nominasiyasında 1-ci yerin qazanması olmuşdur. Hazırda Rabitəbank plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart hesab istifadəçilərinin sayını 40 197-ə, ATM şəbəkəsini isə 60 ədədə çatdırıb. Həmçinin, bank sahibkarlıq fəaliyyətini kifayət qədər asanlaşdıra biləcək, “Bisnesiniz kartınızda!” devizi altında yeni “BizKart” məhsulunu da artıq müştərilərə təqdim edib.
Rabitəbankın səhmdarları, rəhbərliyi və bütün əməkdaşları qarşısında duran əsas hədəflər bankın xidmət əhatəsini daha da genişləndirmək, müştərilərə göstərilən xidmətlərin miqyasını artırmaq və təkmilləşdirmək və Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməkdir.
Rabitəbank ASC 24 il ərzində qazanılmış uğurlarda payı olan hər bir şəxsə təşəkkür edir və bildirir ki, bundan sonra da ölkəmizin inkişafına xidmət göstərməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 31 d. sonra
-
19 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 20 d. əvvəl
-
-
27 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
33 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
45 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 49 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























