WSJ: ABŞ növbəti 12 ayda tənəzzüllə üzləşə bilər
Qəzet qeyd edir ki, 63% ehtimalla ölkədə iqtisadi tənəzzül baş verəcək.Yaxın 12 ayda ABŞ-ın tənəzzül və artan işsizliklə üzləşməsi ehtimalı var.
Marja xəbər verir ki, belə bir qiymətləndirmə ilə bazar günü The Wall Street Journal (WSJ) qəzeti çıxış edib.
2020-ci ilin iyul ayından bu yana ehtimal 50%-i ötüb. Nəşrin sorğusuna qatılan iqtisadçıların fikrincə, göstərilən dövrdə ölkədə 63% ehtimalla iqtisadi tənəzzül baş verəcək.
Qəzet qeyd edir ki, 2023-cü il üçün proqnozlar “getdikcə tutqunlaşır”. Əgər iyul ayında amerikalı iqtisadçılar ABŞ-ın ümumi daxili məhsulunun (ÜDM) 2023-cü ilin birinci rübündə illik 0,8%, ikinci rübdə isə 1% artacağını deyirdilərsə, indi ABŞ ÜDM-nin əvvəlcə 0,2%, sonra isə 0,1% azalacağına inanırlar. İqtisadi tənəzzül əmək bazarına da mənfi təsir edəcək: gələn ilin ikinci rübündə kənd təsərrüfatı xaric sektorda iş yerlərinin sayının ayda orta hesabla 34 min, üçüncü rübdə ayda 38 min azalacağı gözlənilir.
"İqtisadi proqnozlar mərkəzi bank kimi çıxış edən ABŞ Federal Ehtiyat Sisteminin (FRS) hərəkətlərinin təhlilinə əsaslanır", The Wall Street Journal izah edir. Ekspertlər FED-in işsizliyə və iqtisadi tənəzzülə səbəb olmadan inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcəsini artırmağa davam edə biləcəyinə şübhə edirlər.
Oktyabrın əvvəlində ABŞ-ın ən böyük banklarından biri olan JPMorgan Chase-in baş direktoru Ceyms Dimon demişdi ki, ABŞ iqtisadiyyatı 6-9 ay ərzində tənəzzülə uğraya bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























