"Hyundai Motor Rusiyadakı zavodunu satmağı nəzərdən keçirir"
Cənubi Koreya şirkəti Hyundai Motor Company Rusiyadakı biznesi üçün müxtəlif variantları, o cümlədən Sankt-Peterburqdakı zavodun satışını nəzərdən keçirir.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən Cənubi Koreyanın "Tona İlbo" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu yaxınlarda şirkət rəhbərliyinə Rusiyadakı vəziyyət və biznes perspektivləri haqqında hesabat təqdim edilib. Hesabatda, digər məsələlərlə yanaşı, zavodun satılması qərarının gözlənilən nəticələri təhlil edilib. "Tona İlbo" yazır ki, istehsal sahəsinin satışı əsas ssenarilərdən biridir.
Qəzetin yazdığına görə, normal maliyyə fəaliyyətini həyata keçirə bilməməsi rəhbərliyi zavodu satmaq barədə düşünməyə vadar edib. Rusiya Federasiyasına qarşı sanksiyalara görə mərkəzi ofislə Rusiya filialı arasında pul köçürmə imkanları məhduddur. Avqust və sentyabr aylarında Hyundai Motor-un Rusiya bölməsi bir dənə də olsun avtomobil sata bilməyib. Eyni zamanda, maaşlar, vergilər və elektrik haqqı kimi zavodun saxlanması xərcləri qalır.
"Digər tərəfdən, şirkətə artıq yatırılmış vəsaitlərə görə Rusiya bazarını tərk etmək "çətin" ola bilər", - qəzet qeyd edir. Hyundai Motor-un törəmə şirkətləri Rusiya bazarında elektrik avtomobillərinin istehsalına hazırlıq görüblər. Qəzet yazır ki, Rusiyadakı vəziyyətin kəskin şəkildə dəyişə biləcəyi məlum olmadığı üçün şirkət gözləmə mövqeyi də tuta bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 8 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























