Masallıda düyüdə məhsuldarlıq yaxşıdır
Masallıda çəltik biçini davam edir. 220,8 hektar çəltik sahəsinin bu günədək 200 hektarı biçilib, hər hektardan 32,5 sentner məhsul götürülüb.
Ətirli və dadlı Masallı düyüsü əsasən rayonun su ehtiyatları, suvarma imkanları əlverişli olan Boradigah, Xıl, Tüklə, Ərkivan, Şıxlar, Sərçuvar və Qızılağac məntəqələrində yetişdirilir. Hazırda fermerlərin böyük zəhmət hesabına ərsəyə gətirdikləri məhsul sahələrdən yığılır.
Fermer Təbib Mehdiyev: “10 hektar sahədə “Haşımi” sortundan olan çəltiyi biçirik. “Gilani” “Okean”, “Apola” sort çəltik də əkmişik. Bu il keyfiyyətli toxum əkilən sahələrdən “Haşımi” sortu üzrə hektara 3-3,5 ton, “Apola” və “Okean” sortlarından 6-8 ton məhsul götürülür. Əldə olunan ekoloji təmiz düyünün alıcıları da var. Məhsuldarlıq yaxşıdır”.
Çəltiyin əkilib-becərilməsində mütərəqqi texnika və texnologiyanın tətbiqi istehsalçıların işini xeyli asanlaşdırıb. Hazırda biçində 2 texnika iştirak edir. Bu texnikaların üstünlüyü ondadır ki, torpaqda batmadan rahat hərəkət edir, çəltik itkiyə getmir, qırılmır.
“Aqroservis” ASC-in Masallı-Yardımlı bölməsindən bildirilib ki, növbəti illərdə rayona əlavə texnikaların gətirilməsi nəzərdə tutulub. Onların arasında iri sahələr üçün uyğun olan çəltikbiçən kombaynlar da olacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























