Netflix yenidən abunəçilərinin artdığını bildirir
Abunəçilərin sayının artması ilə bağlı məlumatlardan sonra Netflix-in səhmləri bahalaşıb.Amerikanın yayım xidməti Netflix bu ilin üçüncü rübündə abunəçilərin sayında 2022-ci ilin əvvəlindən bəri ilk dəfə artım olduğunu açıqlayıb.
Marja xəbər verir ki, barədə şirkətin rüblük hesabatında bildirilir.
Son üç aylıq dövrdə (iyul-sentyabr) xidmətdən ödənişli istifadə edənlərin sayı 2,41 milyon artaraq 223,09 milyona çatıb.
Əvvəlki iki rübdə Netflix-in Rusiya bazarını tərk etməsi və digər xidmətlərlə rəqabətin artması fonunda abunəçilərin sayı azalmışdı.
Şirkət 2022-ci ilin dördüncü rübünün sonuna kimi ödənişli istifadəçilərin sayının təxminən 4,5 milyon artaraq 228 milyona çatacağını proqnozlaşdırır.
Hesabat dövründə şirkətin gəliri 7,92 milyard dolları, mənfəəti isə 1,39 milyard dolları ötüb. Bu ilin ikinci rübündə şirkətin gəliri 7,97 milyard dollar, mənfəəti isə 1,44 milyard dollar təşkil etmişdi.
Bununla yanaşı, şirkətin maliyyə hesabatlarının məlumatına görə, ilin əvvəlindən xalis mənfəət illik ifadədə 1,6% azalaraq 4,4 milyard dollar təşkil edib. Bir səhm üzrə xalis mənfəət bir il əvvəlki 9,9 dollardan sonra 9,83 dollar təşkil edib. Lakin şirkətin 9 aylıq gəliri 8% artaraq 23,8 milyard dollara çatıb.
Netflix ödənişli abunəçilərinin sayını illik ifadədə 4% artıraraq 223 milyona çatdığını açıqladıqdan sonra şirkətin səhmləri 14% bahalaşıb.
Netflix ödənişli abunəyə əsasən multimedia platformasında göstərilən filimlərə, seriallara baxmağı təklif edən bir şirkətdir. Əsası 1997-ci ildə qoyulub, 2013-cü ildən aparıcı rejissorların iştirakı ilə öz seriallarını, həmçinin film və televiziya proqramlarını istehsal edir. Xidmət 200-ə yaxın ölkədə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





