Ağ Ev: ABŞ neftin qiymətini 70 dollara endirməyə çalışmır
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre-in sözlərinə görə, administrasiya bazarlarda "neft təklifinin tələbata uyğun olmasını" təmin etməyə çalışır.ABŞ administrasiyası neftin qiymətini bir barel üçün 70 dollara endirməyə çalışmır, sadəcə olaraq bu qiymət səviyyəsində strateji ehtiyatı üçün neft alışını bərpa etməyə hazır olduğunu bildirir.
Marja xəbər verir ki, bunu çərşənbə günü jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
"Biz demirik ki, neftin qiymətini 70 dollara endirməyə çalışırıq. Biz bunu deməyə çalışmırıq", - o, jurnalistin sualını cavablandırıb. "Biz deyirik ki, əgər bu qiymət 70 dollara düşərsə, o zaman şirkətlər bilməlidirlər ki, ABŞ hökuməti bazara alıcı kimi daxil olacaq", - Jean-Pierre izah edib.
Jean-Pierre həmçinin əmin edib ki, Vaşinqton çevik hərəkət edə və neftin “istənilən bazar dəyəri ilə strateji ehtiyatını artıra bilər”.
"Lakin biz tədarükçülərə bildirmək istəyirik ki, biz bazarı müəyyən edilmiş qiymət səviyyəsində dəstəkləyəcəyik", - o əlavə edib.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, ABŞ administrasiyası bazarlarda “neft təklifinin tələbata uyğun olmasını” təmin etməyə sadiqdir.
Dünən Ağ Ev yaydığı məlumatda bildirmişdi ki, Energetika Nazirliyi WTI markalı neftin qiyməti 67-72 dollar/barel civarına çatdıqda strateji ehtiyat üçün neftin alınmasına başlamağı planlaşdırır. Hazırda ABŞ Energetika Nazirliyi qiymətləri aşağı salmaq üçün ehtiyatlardan neft satmaqla məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





