"Naxçıvanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Naxçıvanbank" ASC 2022-ci ilin 9 ayını 12 milyon 441 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 2,1 dəfə artıb.
"Naxçıvanbank" 2021-ci ilin 9 ayını 5 milyon 924 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİARTIB
"Naxçıvanbank"ın faiz gəlirləri 2021-ci ilin 9 ayında 9 milyon 804 min manat ikən, 2022-ci ilin 9 ayında 14 milyon 895 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 3 milyon 358 min manatdan 4 miylon 426 min manata yüksəlib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
30 Sentyabr 2022-ci il tarixində "Naxçıvanbank" ASC 343 milyon 202 min manat cəmi aktivlərə, o cümlədən 171 milyon 970 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank ötən ilin eyni tarixində 308 milyon 905 min manat cəmi aktivlərə, o cümlədən 124 milyon 977 min manat kredit portfelinə malik idi. Müqayisə olunan dövrdə "Naxçıvanbank"ın kredit portfeli 46 milyon 993 min manat və ya 37,6% artıb.
Ötən ilin 30 sentyabr tarixindən 2022-ci ilin eyni tarixinədək ötən müddətdə Bankın depozit portfeli 11 milyon 85 min manat və ya 7,4% artaraq 161 milyon 232 min manata yüksəlib.
30 Sentyabr 2022-ci il tarixində "Naxçıvanbank" ASC 102 milyon 252 min manat məcmu kapitala malik olub. Bank 30 Sentyabr 2021-ci il tarixində 91 milyon 88 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)








