Çinin Rusiyadan neft idxalı 8,8% artıb
Yanvar-sentyabr aylarında (9 ayda) Rusiya neftinin Çinə ixracı illik müqayisədə təxminən 8,8% artaraq 64,25 milyon ton təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, doqquz ay ərzində Çinin Rusiyadan aldığı xam neftin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 44,06 milyard dollar təşkil edib.
Açıqlanan statistik məlumatlara görə, avqustda olduğu kimi, sentyabrda da Rusiya Çinə aparıcı neft ixracatçıları arasında ikinci yerdə qərarlaşıb. Ötən ay Çin Rusiya Federasiyasından 7,46 milyon ton neft alıb (avqust ayı ilə müqayisədə təxminən 11% azalma).
Çinə neft ixracına görə, yanvar-sentyabr aylarında 49,79 milyard dollara 65,83 milyon ton satan Səudiyyə Ərəbistanı liderdir (il ərzində fiziki həcmdə 0,9% azalma və dəyər ifadəsilə 1,5 dəfə artım).
Çinə, İraq (28,67 milyard dollara 39,84 milyon ton), Oman (22,19 milyard dollara 29,83 milyon ton) və Birləşmiş Ərəb Əmirlikləri (22,13 milyard dollara 28,55 milyon ton) də neft ixrac edib.
Çin gömrük orqanlarının məlumatına görə, 2021-ci ildə Çinin Rusiyadan neft idxalı 4,5% azalaraq 79,64 milyon ton təşkil etmişdir. Çinin Rusiyadan aldığı neftin dəyəri isə əksinə, təxminən 45% artaraq 40,55 milyard dollara çatmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





