Philips işçilərinin 5 faizindən çoxunu ixtisar etməyi planlaşdırır
Şirkət təxminən 4000 işçini ixtisar etməyi planlaşdırırHollandiyanın tibbi cihazlar istehsalçısı "Philips" təşkilati strukturunu optimallaşdırmaq məqsədilə təxminən 4000 işçini ixtisar etməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə Reuters şirkətin Şirkətin baş direktoru Roy Jacobs-a istinadən məlumat yayıb.
Tibbi məhsulların geniş miqyasda geri çağırılması "Philips"in bazar dəyərinin son bir ildə təxminən 70% azalmasına səbəb olub.
Bu, oktyabrın əvvəlində vəzifəyə başlayan yeni təyin olunmuş Jacobs-un ilk qərarıdır.
"Mənim prioritetim xəstələrin, istehlakçıların və müştərilərin etimadını bərpa etməyə başlaya bilməmiz üçün tapşırıqların icra keyfiyyətini yaxşılaşdırmaqdır", - Jacobs deyib.
"Bu (ixtisar qərarı - red), işçi heyətimizi təxminən ixtisar etmək üçün çətin, lakin zəruri bir qərar deməkdir. Dünya üzrə 4000 nəfər ixtisar olunacaq ki, bu bizim üçün asan deyil", - Jacobs əlavə edib.
İxtisar ötən il 78 000 nəfər təşkil edən şirkətin işçilərinin 5%-dən bir qədər çoxunu əhatə edəcək.
"Philips" üçüncü rübdə faiz, vergi və amortizasiyadan əvvəl mənfəətinin (EBITA) 60% azalaraq 209 milyon avroya düşdüyünü açıqlayıb.
Philips bildirib ki, tədarük çatışmazlığı problemləri gözlənildiyindən qat-qat pisdir və 2022-ci ilin son aylarında satışları ağırlaşdırmağa davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





