Ən yuxarı (mobil)-2_30

Myanma İttifaqı Respublikası FATF-in “qara siyahı”sında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Myanma İttifaqı Respublikası FATF-in “qara siyahı”sında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

21 oktyabr 2022-ci il tarixində Myanma Birliyi Respublikası FATF-ın Fəaliyyət Çağırışına tabe olan Yüksək Riskli Yurisdiksiyalar üzrə plenar iclasında  “qara siyahı” adlandırılan yüksək riskli yurisdiksiyalar siyahısına daxil olub.

Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda bildirilir ki, FATF təşkilatı üzvlərini Myanma ilə işgüzar əlaqələr və əməliyyatlar üçün gücləndirilmiş müştərilərin eyniləşdirilməsi və verifikasiyası (MEV) tədbirləri tətbiq etməyə çağırıb.

Reklam_3_11

Yüksək riskli yurisdiksiyaların pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı mübarizə sistemlərində  mühüm strateji çatışmazlıqlar mövcuddur.

FATF yüksək riskli kimi müəyyən edilmiş bütün ölkələrlə bağlı öz üzvlərinə çağırış edir və bütün yurisdiksiyaları gücləndirilmiş MEV tədbirləri tətbiq etməyə, habelə daha ağır hallarda ölkələrin beynəlxalq maliyyə sistemlərini pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılması risklərindən qorunmaq üçün əks tədbirlər görməyə çağırır.

Onu da bildiririk ki sözügedən qara siyahıda İran İslam Respublikası və Koreya Xalq Respublikalarının da adları yer alır. 

Qeyd edək ki, Myanma Birliyi Respublikasının adı Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısında verilib.

24.10.2022 18:22
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18