Xərclərinin artması ilə mənfəəti kəskin azalmış "Yelo Bank"da növbədənkənar yığıncaq keçiriləcək
02 dekabr 2022-ci il "Yelo Bank" ASC-nin baş ofisində Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmır.
Marja.az Bankın bildirişinə istinadən xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. Yığıncağın gündəliyində duran məsələlərə baxılması.
Yığıncaq Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən Bankın Baş ofisində keçiriləcək.
"Yelo Bank" ASC 2022-ci ilin 9 ayını 3 milyon 244 min manat xalis mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azalıb. Bank 2021-ci ilin 9 ayını 11 milyon 367 min manat xalis mənfəət ilə bağlamışdı. 2022-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın əməliyyat gəlirləri artsa da, əməliyyat xərclərinin artması onu tamamilə silib.
Qeyd edək ki, "Yelo Bank" ASC-nin səhmdarları Marina Kulişova (98.91%), Anar Həsənov (0.99%) və İsgəndər Xəlilovdur (0,10%).
HƏMÇİNİN OXU: "Yelo Bank"ın xalis mənfəəti kəskin azalıb
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 1 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Ən çox oxunanlar
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir



















