Türkiyənin xarici ticarət kəsiri 238% artıb
Türkiyə Statistika Xidmətinin (TÜİK) sentyabr ayı xarici ticarət məlumatlarına görə, xarici ticarət kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 268,1% artaraq 2,6 milyard dollardan 9,6 milyard dollara yüksəlib.2022-ci ilin Sentyabr ayında Türkiyə iqtisadiyyatında xarici ticarət kəsiri 9,6 milyard dollar təşkil edib. Ötən ilin eyni ayında xarici ticarət kəsiri 2,6 milyard dollar idi. Kəsir 268,1% artıb.
Marja Türkiyə Statistika Xidmətinin (TÜİK) məlumatlarına istinadən xəbər verir ki, ixrac sentyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 9,2% artaraq 22,6 milyard dollara, idxal isə 38,1% artaraq 32,2 milyard dollara çatıb.
2022-ci ilin yanvar-sentyabr dövründə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 188,2 milyard dollara, idxal isə 40,4 faiz artaraq 271,3 milyard dollara çatıb. Yanvar-sentyabr dövründə xarici ticarət kəsiri 156,3 faiz artaraq 32,4 milyard dollardan 83,1 milyard dollara yüksəlib.
2021-ci ilin yanvar-sentyabr aylarında ixracın idxala nisbəti 83,2 faiz olduğu halda, 2022-ci ilin eyni dövründə 69,4 faizə enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 12 d. əvvəl
-
- 16 d. əvvəl
- 23 d. əvvəl
- 37 d. əvvəl
- 47 d. əvvəl
-
50 d. əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)
.jpg)







.jpg)






