“MKT İK” MMC Azərbaycan fermerləri üçün mobil tətbiq istifadəyə verdi
(®) Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda əsaslı yer tutan “MKT İK” MMC fermerlər üçün daha əlçatan rahat hesabatlıq və kommunikasiya imkanı yaradan tətbiqini istifadəyə verib.
Fermerlər üçün yaradılan ilk mobil tətbiq olan “MKT Cotton” mobil tətbiqi “MKT İK” MMC şirkəti ilə əməkdaşlığı olan fermerlər üçün nəzərdə tutulub.
Tətbiqin bəzi əsas üstünlükləri bunlardır:
- müqavilə bağlamaq üçün elektron qaydada müraciət;
- mövcud müqavilələr üzrə məlumatlara baxış və nəzarət;
- əməliyyatlar üzrə hesabatlıq və s.
Mobil tətbiq ərazi çalışanlarının və fermerlərin kargüzarlıqla bağlı olan işlərini asanlaşdırmaq, indiki və keçmiş müqavilələrinə baxış keçirmək, yeni müraciət yaratmaq, ərazilərinin məhsuldarlıq dərəcəsinə, habelə, müqavilələrinə nəzərət yetirmək imkanı yaradır.
“MKT Cotton” mobil tətbiqi istifadəyə verildikdən sonra, tətbiqin təqdimatı və təşviqatı məqsədilə regional filiallarda silsilə təlimlər keçirilib. 130-dan çox fermer, aqronom və ərazi nümayəndələrinin iştirak etdiyi tədbirlərdə mobil tətbiqin istifadəsi haqqında məlumat verilmiş, məlumatlandırıcı kitabçalar təqdim edilmiş və iştirakçıların sualları cavablandırılıb.
Qeyd etmək istərdik ki “MKT İK” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İK” MMC Azərbaycanın qeyri-neft sektorunda 2021-ci ilin bütün ayları və 2022-ci ilin 8 ayı ərzində ixrac lideri olaraq, ölkəmizdə pambıqçılığın inkişafına böyük töhvələr vermiş və mühim uğurlara imza atmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
9 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)









