Dövlət istiqrazlarına maraq azala bilər - PALATA
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi dərc edilib.
Marja.az xəbər verir ki, Rəydə dövlət borcuna xidmətlə bağlı xərclərin faiz ödənişlərində artım olacağı qeyd edilib.
"İlin sonuna inflyasiyanın 12,5% gözlənilməsi və növbəti il üçün 6,9% proqnozlaşdırılması istiqrazlar üzrə real gəlirliliyin azalmasına səbəb olur. Mərkəzi Bank tərəfindən likvidliyi yüksək olan qısamüddətli notların buraxılması, bundan əlavə inflyasiyanın yüksək olması ilə daxili dövlət borclanması üzrə cəlb edilən istiqrazlara maraq azala bilər və ya bu hallar müvafiq qiymətli kağızlar üzrə faiz artımını şərtləndirməklə dövlət borcuna xidmət üzrə faiz xərclərinin artımına səbəb ola bilər. Eyni zamanda, növbəti il üzrə büdcə kəsirinin maliyyələşdirilməsi üzrə nəzərdə tutulan və faktiki daxili dövlət borcunun yenidən maliyyələşdirilməsi üçün tələb olunan emissiya təqribən 3,0 mlrd. manat təşkil edir ki, bu da mövcud iqtisadi durumda bank kreditlərinin real sektora transformasiyasını məhdudlaşdırmaqla, geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yaratma ehtimalını yüksəltmiş olur".
Rəydə qeyd edilib ki,borcların payı ümumi strukturda artmaqdadır:
"Eyni zamanda, məlumatların təhlili göstərir ki, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” üzrə müəyyən edilən hədd çərçivəsində olsa da, son dövrlərdə dəyişkən faiz dərəcələri ilə borcların payı ümumi strukturda artmaqdadır. Belə ki, 2020-ci ilin iyul ayının 1-nə olan məlumatda müvafiq borcların payı ümumi borcda 37,3% təşkil edirdisə, 2022-ci ilin iyul ayının 1-nə bu göstərəci 41,9%-ə bərabərdir. Eyni zamanda, təqdim edilmiş məlumatlara əsasən qabaqcıl təcrübə əsas götürülməklə həyata keçirilən dəyişikliklərə görə xarici borcların əsas ödənişinin həyata keçirilməsi üçün bundan sonra daha çox yenidənmaliyyələşdirilmə mexanizminin tətbiq edilməsi nəzərdə tutulur. Aparıcı ölkələrin mərkəzi bankları tərəfindən yürüdülən sərt monetar siyasət isə faiz dərəcələrinin artımını şərtləndirməklə dövlət büdcəsində əlavə xərclərin yaranmasına səbəb olmaqdadır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























.jpg)