"Azərlotereya"dan şəhid övladlarına Türkiyədə Zəfər Günü sürprizi - VİDEO
(®) "Azərlotereya" ASC Zəfər Günü ərəfəsində "Əmanətə sədaqət" layihəsi çərçivəsində təhsil təqaüdü ayırdığı şəhid ailə üzvləri ilə Türkiyənin İstanbul şəhərində görüş keçirib.
Tədbir canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verərək bizə zəfər hissi yaşadan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra tədbir iştirakçılarını salamlayan “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışına Türkiyədə təhsil alan tələbələr üçün hazırlanan sürprizi təqdim etməklə başlayıb. O, tələbələrin Azərbaycandan gələn ailə üzvlərini tədbirin keçirildiyi zala dəvət edib.
“Əziz analar və bacılar, şəhidlərimizin bizə əmanəti olan dəyərli tələbələrimizi Zəfər Günündə sizlərlə burada görüşdürmək, bu böyük günü sizli-bizli birlikdə qeyd etməyi düşündük. Çox sağ olun ki, bizim bu təklifimizi qəbul etdiniz, övladlarınıza sürpriz edərək buraya - onların görüşünə gəldiniz”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sürpriz görüşün təşkili, eləcə də şəhid ailələrinə ayrılan diqqətə görə “Azərlotereya” ASC-yə təşəkkür edib.
Daha sonra şəhid baş leytenant Hikmət Səfərovun həyat yoldaşı Gülnarə Səfərova çıxış edib: “Zəfər Günü ərəfəsində bu gözəl və özəl təşəbbüsü irəli sürən, reallaşmasında əziyyəti keçən hər kəsə - başda ''Demirören Holdinq”, ''Azərlotereya'' ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə sonsuz minnətdarlığımı bildirirəm”.
“Atam qardaşlarımı və məni təhsilli görmək istəyirdi” - deyən şəhid XTQ mayoru Tofiq Kərimovun oğlu Anar Kərimov isə təhsilinə göstərilən dəstəyin onun üçün önəmli olduğunu vurğulayıb: “Universitet həyatı nə qədər gözəl olsa da, bir o qədər də çətinlikləri var. “Azərlotereya” ASC-yə təşəkkür edirəm ki, bu çətinliklərdə bizim yanımızda olub dəstək göstərir”.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. “Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
42 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
48 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
51 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















