Amazon 1 trilyon dollar dəyər itirən ilk şirkət oldu!
Elektron ticarət nəhəngi Amazon birjalarda görünməmiş dəyər itkisi yaşayıb. Şirkətin bazar dəyəri 2021-ci ilin iyulundan bu yana 1 trilyon dollar azalıb.Dünyanın ən böyük e-ticarət şirkəti Amazon-un bazar dəyəri 1 trilyon dollardan çox azalıb.
Marja xəbər verir ki, Amazon bir müddətdir ki, maliyyə cəhətdən yaxşı vəziyyətdə deyil. Açıqlanan rəqəmlər gözləntilərdən aşağı olub. Qlobal inflyasiya ilə sərtləşdirilən pul siyasətləri də (faizlər artırılır - red) bunlara əlavə olunduqda qaçılmaz vəziyyət reallaşıb.
2021-ci ilin iyul ayında Amazonun bazar dəyəri rekord səviyyəyə - 1 trilyon 880 milyard dollara çatmışdı. Ötən gün birjada Amazonun bazar dəyəri 879 milyard dollara düşüb. Qısası, şirkətin bazar dəyəri 1 trilyon 1 milyard dollar azalıb.
Digər texnologiya nəhənglərində də vəziyyət fərqli deyil. Məsələn, Microsoft-un ucuzlaşması 900 milyard dollar səviyyəsindədir. ABŞ-ın 5 ən dəyərli texnologiya şirkəti 2022-ci ildə 4 trilyon dollar dəyər itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
19 d. əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
1 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 1 saat əvvəl
-
10 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Ən çox oxunanlar
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb




















