“Moskviç” avtomobillərinin seriyalı istehsalına başlandı
“Moskviç” avtomobil zavodu işini bərpa edib. “Moskviç 3” yeni şəhər krossoverinin seriyalı istehsalına başlanılıb. Avtomobilin satışı Moskvada yanvarda, bütün Rusiyada isə martda başlayacaq.Moskvadakı keçmiş Renault zavodunda “Moskviç” avtomobillərinin seriyalı yığılmasına başlanılıb.
Marja.az xəbər verir ki, “Moskviç” brendi ilə yenidən istehsalın başlanması münasibətilə təntənəli mərasim keçirilib. Zavodun ilk yeni modeli “Moskviç 3” adlı krossoverdir.
“Moskviç 3” avtomobili CVT avtomatik və ya mexaniki transmissiya (6 pilləli), benzin turbo mühərriklə (1,5 litr, 150 at gücündə, 210 Nm) təchiz edilir.
Mərasimdə Rusiya Federasiyasının baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov, Moskva meri Sergey Sobyanin və “Moskviç”in baş direktoru Dmitri Pronin iştirak ediblər.
Yeni şəhər krossoveri “Moskviç 3” avtomobilininin satışı Moskvada yanvarda, bütün Rusiyada isə martda başlayacaq.
“Moskviç” avtomobillərinin elektrik versiyaları 2025-ci ildə Rusiya istehsalı olan akkumulyator, mühərrik və digər avadanlıqlar ilə təchiz ediləcək. Həmçinin 2025-ci ilə qədər “Moskviç” elektrik avtomobillərinin istehsalının illik 25 min ədədə qədər artacağı gözlənilir.
"Moskviç" markalı avtomobillərin gələcəkdə dövlət satınalmaları proqramlarına da daxil edilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























