Dövlət 100 ədəd avtomobili bu şirkətdən aldı - MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkət “Az-Tex-İmport” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Agentlik qalib şirkət ilə məbləği 14 milyon 199 min 336 manat olan müqavilə imzalayıb. Bir təcili tibbi yardım avtomobili təxminən 142 min manata rəsmiləşdirilib.
2017-ci ildə dövlət qeydiyyatına alınmış və 226 min 110 manat nizamnamə kapitalı olan “Az-Tex-İmport” MMC-nin qanuni təmsilçisi İbadullayev İlkin Sahib oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Telnov, ev 2347/48, m.240-dır.
Qeyd edək ki, "Az-Tex-Import" MMC 2022-ci ilin Aprel ayından Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. "Az-Tex-Import" MMC-nin Sənaye Parkının 3 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə "IVECO" markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsini həyata keçirəcəyi bəyan edilib. Məlumata görə, investisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 30 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)







.jpg)




