Azərbaycandan Rusiyaya narazı və sərt tonda cavab verildi
Azərbaycan Müdafiə Nazirliyi: Rusiya tərəfinin “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Rusiya sülhməramlı kontingentinin komandanlığını, qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq.
"Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilmişdir.
Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir".
Marja xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir:
Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.
Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb.
Eyni zamanda onu da bəyan edirik ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır.
Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş Ermənistan istehsalı olan PMN-Э markalı piyada əleyhinə mina sahəsinə noyabrın 23-də baxış keçiriblər.
Baxış zamanı bildirilib ki, ərazidən təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
3 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
3 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
4 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
-
4 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
4 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar
