Unibank korporativ müştərilər üçün internet bankçılığı təkmilləşdirdi
İndi Unibankın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar banka gəlmədən büdcə ödənişlərini və hesablaşma əməliyyatlarını apara biləcəklər. Unibankın yenilənmiş İnternet bankinq xidməti biznes sahiblərinə istədikləri vaxt və istənilən yerdə, təhlükəsiz, cəmi bir neçə dəqiqə ərzində bank əməliyyatlarını aparmağa, biznesləri ilə bağlı sərəncam verməyə imkan yaradır.
Yenilənmiş internet bankinqdə hansı təkmilləşdirmələr aparılıb?
- Ölkədaxili və bankdaxili əməliyyatlar daha çoximkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb;
- Büdcə ödənişləri (DSMF/Vergi/Gömrük və digər) bölümü yeni dizaynda və istifadəsi daha asan olub;
- Azərcell bölümü- şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilməklə yanaşı, asanlaşdırılıb;
-Maaş Köçürmələri bölümünə yeni imkanlar əlavə edilib;
- Avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb;
- Ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.
Necə qeydiyyatdan keçmək olar?
İndi Unibankın İnternet bankinqində qeydiyyat prosesi xeyli asanlaşıb. Xidmətə qoşulmaq daha sadə və daha təhlükəsiz olub.
Hüquqi şəxslər və fərdi sahibkarlar xidmətə indi təkcə Google Authenticator-la deyil, ASAN İmza vasitəsi ilə də qoşula bilərlər. Hər iki xidmətlə qoşulmaq müştəriyə sistemə daxil olmaqla bütün sənədləri imzalamaq hüququ verir.
Niyə məhz Unibank-ın internet bankinq xidmətini seçməlisiniz?
Pulsuzdur:
- Unibank-da internet- bankinq sifarişi və qoşulmaq pulsuzdur.
Bütün növ köçürmələr mümkündür:
- Unibank-ın internet-bankinq xidməti müştərinin bir filialdakı vəsaitini digər filialdakı hesaba köçürməyi, eləcə də bir filialdakı müxtəlif hesablar arasında konvertasiya əməliyyatını, milli valyutada vəsaitin ölkə daxilində banklararası köçürülməsini, eləcə də ölkə xarici köçürmələri mümkün edir.
Məlumatlandırır:
- Müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi və hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi mümkündür.
Hamı üçündür:
- Unibankın internet-bankinq xidmətindən korporativ müştərilərlə yanaşı, fərdi sahibkarlar da istifadə edə bilərlər.
Təhlükəsizdir:
- Müasir və son dərəcə yüksək texnologiyalar əsasında qurulmuş İnternet bankinq aparılan bank əməliyyatlarının təhlükəsizliyinə və məxfiliyinə tam təminat verir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank internet bankinq- təhlükəsizlik və rahatlıq hər zaman 1-ci yerdə!
Unibank-hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)







