Azərbaycanın 2 karqo şirkəti birləşdi
Noyabr ayının 25-də karqo xidmətləri göstərən “Bringly” MMC və “Airex” MMC aktivlərinin birləşdiyini elan edib. Yeni şirkət “Bringly” MMC adlandırılacaq.
Bu barədə Marja.az-a “Bringly” şirkətindən bildirilib.
“Bringly” MMC-nin İcraçı Direktoru Tural Vəliyev və “Airex” MMC-nin Direktoru İsmayıl Talıbov bu birləşməni yüksək qiymətləndirib.
Tural Vəliyev öz müsahibəsində karqo sektorunda, ümumiyyətlə ölkədə belə təcrübənin çox az olmasını qeyd edib: “Biz fəaliyyətə başladığımız gündən bu yana 25 min müştəriyə xitab edirik, promokod, kompensasiya, iadə kimi unikal sistemlər təklif etmişik. Bu cür birləşmələr ilə daha çox müştəriyə xidmət göstərə biləcəyik”.
O, çıxışında yaxın zaman üçün planlarından da danışıb: “Hazırda biz Türkiyədən həftədə 6 reys təklif edirik. Gələn həftədən etibarən müştərilərimiz Amerikadan sifarişlərini Bringly ilə Azərbaycana gətirə biləcək. 2023-cü ildən isə yeni bazarlara girmək haqda ciddi işlər görürük”.
Qeyd edilib ki, "Bringly” MMC şirkəti 2021-ci ilin ilk rübündən fəaliyyət göstərir. 25 min müştəriyə xitab edir. Bakıda Nərimanov və Qarayev anbarları mövcuddur. Bölgələrdə 30-dan artıq təhvil nöqtələri ilə əməkdaşlıq edir. Şirkət yeni ildən Orta Asiyada yeni bazarlara daxil olmağa hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























