"Qara cümə"də onlayn satış rekordu
Amerikalılar "Qara Cümə" günü onlayn alış-verişə rekord məbləğdə olmaqla 9 milyard dollar xərcləyiblər.Adobe Analytics-in məlumatına görə, amerikalılar "Qara Cümə" (Black Friday) onlayn alış-verişləri üçün rekord məbləğ - 9,12 milyard dollar xərcləyiblər.
Marja xəbər verir ki, bu rəqəm əvvəlki ilin səviyyəsindən 2,3% yüksək olub və 2020-ci ildə müəyyən edilmiş əvvəlki rekordu (9,03 milyard dolları) keçib.
Elektron malların satışı 2022-ci ilin oktyabr ayının orta günü ilə müqayisədə 221%, oyuncaqlar və idman avadanlıqlarının satışı müvafiq olaraq 285% və 218% artıb.
“Qara cümə”də onlayn alış-verişlərin təxminən yarısı – 48%-i smartfonlar vasitəsilə həyata keçirilib.
Şirkətin aparıcı analitiki Vivek Pandya deyib: “Qara Cümə günü onlayn xərcləmə rekordunun qırılmasına baxmayaraq, biz istehlakçıların daha qənaətcil davranışının getdikcə daha aydın əlamətlərini görürük”.
Bir çox alıcı qiymət artımı və inflyasiya səbəbindən hissə-hissə ödəmə təklifini qəbul edib.
"Şükran günü"ndən (Thanksgiving Day) sonra gələn "Qara Cümə" günü Amerikada pərakəndə satışlarda böyük endirimlər təklif edilir.
Analitiklər "Kiber Bazar ertəsi" (Cyber Monday) günü daha aktiv onlayn satışlar gözləyirlər. Adobe-nin proqnozlarına görə, satışın həcmi 11,2 milyard dollara çatacaq ki, bu da ötən illə müqayisədə 5,1% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























