“Neftmaştəmir”in xalis zərəri 3 dəfəyə yaxın artıb
“Neftmaştəmir” ASC 2021-ci ili 62 min 962 manat xalis zərər ilə başa vurub. 2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin xalis zərəri 2,7 dəfə artıb. “Neftmaştəmir” 2020-ci ili 22 min 994 manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2020-ci ildə “Neftmaştəmir”in əsas əməliyyat gəlirləri 543 min 12 manat ikən, 2021-ci ildə 811 min 926 manat təşkil edib (268 min 914 manat və ya 49,5% artıb). Müqayisə olunan dövrdə əsas əməliyyat xərclər isə 318 min 433 manat və ya 35,7% artaraq 892 min 152 manat olub. Xərclər gəlirlərdən daha çox artdığından Şirkətin əməliyyat zərəri 2020-ci ildəki 30 min 707 manatdan 2021-ci ildə 80 min 226 manata yüksəlib.
31 Dekabr 2021-ci il tarixində “Neftmaştəmir” ASC 2 milyon 114 min 390 manat cəmi aktivlərə malik olub. ASC 2020-ci ilin sonunda 2 milyon 113 min 480 manat cəmi aktivlərə malik idi.
Xəbər verdiyimiz kimi, 5 yanvar 2023-cü il tarixində “Neftmaştəmir” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə Cəmiyyətin müşahidə şurasının üzvlərinin fəaliyyətinə xitam verilməsi və yeni üzvlərin təyin edilməsi daxildir.
“Neftmaştəmir” ASC Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 52 ünvanında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
5 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























