Treyderlər üçün “UTrader-də İnnovativ Qazanc İmkanları” təlimi
(®) 24 Noyabr tarixində “Unicapital İnvestisiya Şirkəti” ASC-nın təqdimatında Uniplazada “UTrader-də İnnovativ Qazanc İmkanları” mövzusunda təlim baş tutub!
Unicapital cari ay ərzində “UTrader” xidməti üzrə təşkil etdiyi kampaniya əsasında ilkin depozit 1000 USD-dan 100 USD-ya endirildi və bu kampaniya çərçivəsində hesab açan müştərilərə pulsuz təlimdə iştirak fürsəti təqdim edilib.
Müştərilərin bir hissəsi üçün təlim artıq keçirilib.
Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissəni “Unicapital İnvestisiya Şirkəti”nin direktoru Vüqar Namazov təqdim edib, praktiki hissə isə şirkətin Elektron Ticarət şöbəsinin rəhbəri Tofiq Həsənovun təqdimatında oldu. 50-dən çox iştirakçı olan təlimdə hər bir treyder üçün önəmli olan mövzulara toxunuldu: investisiya edərkən ilk öncə nələrə diqqət yetirilməlidir. Həmçinin, “UTrader” platformasının təqdim etdiyi hədsiz ticarət imkanları platforma üzərindən müştərilərə nümayiş etdirildi.
“Unicapital” 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəyə sahib olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkətlərdən biridir.
“Unicapital İnvestisiya Şirkəti” ASC Azərbaycanda ən yaxşı investisiya xidmətləri təminatçısı və innovativ nailiyyətlərinə görə çoxsaylı beynəlxalq mükafatlara, o cümlədən, Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına görə “Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, mükafatına layiq görülüb.
Şirkətin əsas məqsədi xidmət göstərdiyi bazarlara dəstək üçün ən yenilikçi və peşəkar maliyyə həlləri göstərərək, müştəri məmnuniyyətini və mükəmməl reputasiyanı qorumaqdır.
“Unicapital İnvestisiya Şirkəti” hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə sahibdir və Birjanın standart listinqinə daxildir. Bu isə şəffaflığının və listinq qaydalarına uyğunluğunun birbaşa göstəricisidir.
Xidmətlərimiz ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün: https://unicapital.az/
Platforma haqqında daha ətraflı məlumat əldə etmək üçün: https://utrader.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)