Quru ot bahalaşdı
"Hələ qış aylarında bahalaşma daha çox olacaq"Biləsuvar rayonunda quru ot bağlamasının qiyməti bahalaşıb.
Bu barədə yerli bürosuna bir qrup fermerlər məlumat verib.
Onların sözlərinə görə, ötən illə müqayisədə quru ot bağlamasının qiyməti 2 manat artıb: "Hazırda yonca bağlamasının qiyməti 5-6 manat arasında dəyişir. Amma keçən il bu qiymət 3-4 manat idi".
Satıcılar isə açıqlamasında qiymət artımının bir neçə səbəbinin olduğunu söyləyiblər. Onlar bunun bir səbəbinin də son zamanlar yaşanan quraqlıqla əlaqələndiriblər:
"Bu il yağışın az yağması səbəbindən yoncanın məhsuldarlığı zəif olub. Daha bir səbəb isə odur ki, bu il traktorla bir hektar yonca sahəsinin biçilməsinə görə tələb olunan qiymət 30 manat təşkil edib. Aqreqat isə bağlamanın birini 30 qəpiyə bağlayıb. Ona görə də bu səbəblər hamısı qiymət artımına gətirib çıxarır. Hələ qış aylarında bahalaşma daha çox olacaq".
Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev yerli bürosuna açıqlamasında bildirib ki, bahalaşmaya əsas səbəb kənd təsərrüfatında yaşanan su qıtlığı ilə əlaqəlidir: "Yonca bitkisi su sevəndir. Biləsuvar rayonunda əgər yonca sahələri lazımi qədər suvarılarsa, 5 dəfə biçin etmək olar. Bu da öz növbəsində bolluğa və qiymət azalmasına gətirib çıxarar".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























