Sabaha olan hava proqnozu
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-37°, dağlarda gecə 17-22° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
-
14 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 30 d. əvvəl
- 36 d. əvvəl
-
38 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
-
51 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək










.webp)












