Yeni NeoKart Visa sahibləri 2 qat keşbek qazanacaq!
(®)Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Yeni il ərəfəsində müştərilərini maraqlı və sərfəli kampaniyalarla sevindriməyə davam edir.
Yarandığı ilk gündən müştərilərinə böyük həcmdə keşbek, üçüş milləri, mobil internet və danışıq dəqiqələri qazandıran Neo, müştərilərinə yeni bir seçim yaradıb – NeoKart Visa! Belə ki, artıq müştərilər bir çox üstünlüklərə malik “NeoKart” kartını Visa ödəniş sistemi bazasında əldə edə biləcəklər.
Bundan başqa, 2023-cü ilin fevral ayının 15-dək davam edəcək yeni kampaniya çərçivəsində NeoKart Visa kartını əldə edən müştərilər 2 qat “Xoş Gəldin” bonusu, eləcə də ödənişlərini NeoKart Visa ilə etdikdə 2 qat NeoBonuslar qazanacaq!
Yeni kartda rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa ödəniş sisteminin bütün üstünlükləri və “Bank Respublika”nın xidmətlərinin rahatlığı var. NeoKart sahibləri dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə ödəniş etdikdə, həmçinin onlayn alış-veriş zamanı “Bank Respublika”dan NeoBonuslar qazanacaq. Daha sonra Bankın “Mobil Şöbə” əlavəsi vasitəsilə NeoBonusları keşbek, üçüş milləri, mobil internet və danışıq dəqiqələrinə dəyişə biləcəklər. Bir çox özəllikləri özündə birləşdirən “NeoKart” həmçinin, müştərilərə kart hesabındakı qalığa görə illik 5%-dək əlavə faiz gəliri gətirəcək!
“NeoKart” debet kartı 3 valyutada (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Kartın iki növü var: “NeoKart Standard” və “NeoKart Premium”. Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir. Həmçinin, ölkəmizin digər banklarının ATM şəbəkəsində də komissiyasız nağdlaşdırma imkanı var. Bundan başqa, NeoKart sahibləri güzəşt müddəti 45 gün olan 15.000 AZN-dək kredit xətti də əldə edə bilərlər.
“NeoKart”ı əldə etmək üçün banka gəlməyə ehtiyac yoxdur. Siz sadəcə arzuladığınız kartı sifariş edirsiniz və kart cəmi 3 günə evinizə pulsuz çatdırılacaq.
“NeoKart”ı onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 050 6 144 144 nömrəsinə “Kart” yazıb göndərərək sifariş edə bilərsiniz.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
13 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 30 d. əvvəl
-
35 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı



















