Günəbaxan əkinlərinin artması bal tədarükünü artırıb
Bu il əlverişli keçən hava şəraiti min bir dərdin dərmanı olan balın ötən illə müqayisədə daha çox tədarük edilməsinə şərait yaradıb.
Artıq Gəncəbasar bölgəsində bal süzümünə başlanılıb. Dağlıq ərazilərdə isə bu iş iyulun sonuna planlaşdırılır.
Gəncə Arıçılıq Mərkəzinin direktoru Allahverdi Seyidov bildirib ki, ötən illərdə hər arı ailəsindən 5-8 kiloqram bal toplandığı halda, bu il belə ailələrdən 10-12 kiloqram məhsul götürmək imkanı var.
Allahverdi Seyidov deyib ki, yaz fəslində gecələr nisbətən yağmurlu, gündüzlər isə isti olub. Eyni zamanda, bu il günəbaxan əkini sahələri 10 dəfə genişləndirilib. Həmçinin bal mövsümü yaxınlaşdıqca bu bitkinin çiçəkləməyə başlaması arıların nektar toplamasına müsbət təsir göstərib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















