Dərman idxalını ləngitməkdə ittiham olunan Mərkəzdən açıqlama
Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölkəmizə dərman vasitələrinin idxalını əsasən istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən xəbərə görə, dərman vasitələrinin idxalı zamanı həyata keçirilən ekspertizanın xüsusiyyətləri Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydası ilə tənzimlənir:
“Son zamanlar ölkənin dərman təminatı ilə bağlı məsələlər müzakirə edilərkən idxal prosesi zamanı yaranan problemlərdən danışılır. Hətta Analitik Ekspertiza Mərkəzi idxal prosesinin ləngidilməsində ittiham edilir. İdxal zamanı ekspertizanın aparılması üçün idxalçı quruma sənədlər daxil edilməlidir. Bu sənədlər - idxalçıya verilmiş istehsal və ya topdansatış lisenziyasının surəti, vergi ödəyicisinin umota alınmasını təsdiq edən şəhadətnamənin surəti, alqı-satqı müqaviləsi, əgər müqavilə Azərbaycan, rus, ingilis dilində olmadıqda Azərbaycan dilinə tərcüməsi, hesab fakturanın surəti, hesab fakturada dərman vasitələrinin seriyası göstərilmədikdə qablaşdırma vərəqəsinin surəti, istehsalçının dərman vasitələrinin hər birin seriyasına dair verdiyi keyfiyyət sertifikatının surəti, mənşə sertifikatının surətidir. Təqdim olunan sənədlərdə uyğunsuzluq aşkar olunmadıqda dərman vasitələrindən 1 iş gün müddətində nümunələr ötürülərək quruma təqdim olunur. Təqdim olunan nümunələrin dövlət qeydiyyatı, qablaşdırılması, istifadə üzrə təlimatı yoxlanılır. Əgər nümunələrdə problem aşkar olunmasa, bu nümunələr analiz olunmaq üçün laboratoriyaya göndərilir. Uyğunluq sertifikatı verildikdən sonra dərman vasitələrinin idxalına dair məktub hazırlanır. Dərman vasitələrinin ekspertizasının aparılması 20 təqvim günündən çox olmayan müddətdə həyata keçirilir”.
AEM idxal zamanı dərman vasitəsi nümunələrində üzləşdikləri problemləri də açıqlayıb:
“Bunlardan biri qeydiyyatla bağlı problemlərdir – yararlılıq müddətində; saxlanma şəraitində ziddiyyətlərdir. Qablaşdırma ilə bağlı problemlər – qablaşdırmanın təsdiqinin olmaması; qeydiyyatda olan təsdiqə uyğun gəlməməsi; qablaşdırmanın təsdiq müddətinin bitməsidir. İstifadə üzrə təlimatla bağlı problemlər – Azərbaycan dilində olmaması; istifadə üzrə təlimatda yararlılıq müddətinin və saxlanma şəraitinin qablaşdırılmanın üzərində göstərilənlərlə uyğun gəlməməsi; yeni təsdiqlənmiş istifadə üzrə təlimatın olduğu halda təsdiqinin vaxtı bitmiş içliklərin qablaşdırmalara yerləşdirilməsidir. Sənədlərlə bağlı problemlər – düzgün mənşə olmadıqda; düzgün müqavilə təqdim edilmədikdə; hesab fakturada seriyalar göstərilmədikdə seriyaların göstərildiyi qablaşdırma vərəqinin olmamasıdır. İdxal prosesi zamanı vaxt itkisinə yol verməmək üçün tələb olunan sənədlər vaxtında və tam olaraq təqdim edilməlidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
33 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
54 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























