Yerli istehsal komediya filminin qala gecəsinə sayılı günlər qalıb
“Toy Tələsi” filminin qala gecəsi yanvarın 5-də keçiriləcək. Təqdimat Park Cinema-nın "Flame Towers" filialında baş tutacaq"Toy Tələsi” bədii filminin qala gecəsinin keçirilməsinə artıq sayılı günlər qalıb.
Filmin ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, mətbuat katibi Elnarə Dərziyevadır.
Filmin təqdimatı ilə bağlı rejissor Faiq Nağıyev açıqlama verib:
"Bu film sizlərin üzündə gülüş yaradacaq, real hadisələr əsasında lentə alınmış bir komediyadır. Artıq film təqdimata hazırdır. Park Cinema kinoteatrlar şəbəkəsi ilə müqavilə imzaladıq. Filmin çəkilişinə sentyabr ayında başlamışıq. 4 aya təhvil verə bildik. Düzdür, qala gecəsi və premyerasnın tarixi 22.12.2022-ci il tarixinə təyin olunmuşdu, amma təxirə düşdü. Tarixin dəyişmə səbəbi kimi reklamımızın az olmasını əsas gətirdilər. Biz indi filmin tam reklamına başlamışıq. İnformasiya dəstəkçisi "MTV Azərbaycan"ın səhər proqramının qonağı olduq. Bizi izləyən tamaşaçılarımıza "Toy Tələsi" haqqında geniş məlumat verdik. Artıq bu gündən filmimizin posterləri Nizami, daha sonra isə Park Cinema kinoteatrlarında asılmağa başlayıb. Eləcə də Park Cinema ekranlarında filmimizin anonslarını da görə bilərsiniz. Sizi bu filmi izləməyə dəvət edirik”.
Faiq Nağıyev həmçinin qeyd edib ki, "Toy Tələsi" filmi rəsmi dövlət reyestrindən keçib. Azərbaycan film fonduna tragikomediya kimi daxil edilib.
Qeyd edək ki, "Toy tələsi”nin qala gecəsi yanvar ayının 5-də Park Cinema "Flame Towers" filialında gerçəkləşəcək. Artıq kinoteatrın bütün filiallarında təqdim biletlərin satışına start verilib.
Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik "Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinema kinoteatrlar şəbəkiəsinin bütün kinoteatrlarında izləyə biləcəksiz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 34 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir
-
56 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
-
1 saat əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
1 saat əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Əmək müqavilələrinin sayı artır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)
















